QH Parlament Şəbəkəsi ilə Aralıq Dənizi PA arasında Anlaşma Memorandumu imzalanıb

2026/05/Ekran-1778167151.jpg
Oxunub: 356     19:03     07 May 2026    
Milli Məclisin sədri Sahibə Qafarovanın Monteneqroya işgüzar səfəri çərçivəsində Qoşulmama Hərəkatının (QH) Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası (PA) arasında Anlaşma Memorandumu imzalanıb.

Milli Məclisdən Ordu.az-a verilən məlumata görə, Memorandumu Milli Məclisin və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova və Aralıq Dənizi Parlament Assambleyasının prezidenti Culio Çentemero imzalayıblar.

Qeyd olunub ki, bu sənəd tərəflər arasında daha geniş əməkdaşlıq əlaqələrinin qurulmasına xidmət edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Milli-Məclis   Azərbaycan  


Bizi "telegram"da izləyin