Ermənistan və Qazaxıstan XİN rəhbəri müavinləri Ermənistan-Qazaxıstan ikitərəfli münasibətlərinin gündəlik məsələlərini müzakirə ediblər

2026/05/1778161633.jpg
Oxunub: 418     17:45     07 May 2026    
Mayın 6-da “İrəvan Dialoqu” beynəlxalq konfransı çərçivəsində Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan ilə Qazaxıstan xarici işlər nazirinin müavini Yermuxambet Konuspaev arasında görüş keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, həmsöhbətlər cari ildə yüksək və ən yüksək səviyyələrdə həyata keçirilən rəsmi səfərlər zamanı əldə olunmuş razılaşmaların səmərəli icrasının vacibliyini vurğulayıblar və bu istiqamətdə davamlı səylərə ehtiyac olduğunu qeyd ediblər.

“Görüş zamanı Ermənistan-Qazaxıstan ikitərəfli münasibətlərinin gündəlik məsələləri, o cümlədən yaxın vaxtlarda planlaşdırılan tədbirlər və qarşılıqlı səfərlər, həmçinin ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq hərtərəfli müzakirə olunub. Həmsöhbətlər Ermənistan ilə Qazaxıstan arasında birbaşa müntəzəm uçuşların bərpa olunmasını da ikitərəfli əlaqələrin inkişafı üçün mühüm amil kimi yüksək qiymətləndiriblər.

Xarici siyasət qurumları arasında sıx təmasların və əməkdaşlığın davam etdirilməsi və dərinləşdirilməsi barədə razılıq əldə olunub. Bu əməkdaşlığın Ermənistan və Qazaxıstan arasındakı münasibətlərin gələcək inkişafı və möhkəmləndirilməsinə yönəldiyi bildirilib”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qazaxıstan  


Bizi "telegram"da izləyin