"SAHA 2026": Azərbaycan stendinə ziyarətçilər və rəsmilər böyük maraq göstərir

2026/05/Ekran-1778160414.jpg
Oxunub: 417     16:55     07 May 2026    
İstanbulda keçirilən V "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisi çərçivəsində Azərbaycanın milli stendinə ziyarətçilər və rəsmilər böyük maraq göstərirlər.

Ordu.az xəbər verir ki, sərgi iştirakçıları Azərbaycan müdafiə sənayesinin istehsal etdiyi müasir silah sistemləri, texnoloji həllər və hərbi təyinatlı məhsullarla yaxından tanış olurlar.

Azərbaycan stendində yerli müdafiə sənayesi müəssisələrinin istehsalı olan müxtəlif növ avadanlıqlar, pilotsuz sistemlər, optik qurğular və digər innovativ məhsullar nümayiş etdirilir.

Xarici nümayəndə heyətləri və beynəlxalq şirkət təmsilçiləri təqdim olunan məhsullara xüsusi maraq göstərərək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparırlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SAHA-2026   Azərbaycan  


Bizi "telegram"da izləyin