Ararat Mirzoyan və Peter de Ruver Ermənistan ilə Belçika arasında ikitərəfli tərəfdaşlığın inkişafını müzakirə ediblər

2026/05/1778158114.jpg
Oxunub: 378     16:48     07 May 2026    
“İrəvan Dialoqu” beynəlxalq forumu çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Belçika Nümayəndələr Palatasının sədri Peter de Ruver ilə görüş keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı Ermənistan ilə Belçika arasında ikitərəfli tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunub.

Bildirilib ki, bu prosesdə iki ölkənin parlamentləri arasında formalaşmış əlaqələr və qabaqcıl gündəm xüsusi rol oynayır.

“Ermənistan-Avropa İttifaqı münasibətlərində əldə olunan nailiyyətlər vurğulanıb və Ermənistanın Avropaya inteqrasiya perspektivləri müzakirə olunub.

Regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazir Mirzoyan Ermənistan ilə Azərbaycan arasında sülhün davamlı institusionallaşdırılmasına yönəlmiş addımları təqdim edib. Humanitar xarakterli məsələlərə də toxunulub”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Ruver  


Bizi "telegram"da izləyin