Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində yazıb.
O, “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın bu gün Ermənistan Baş nazirinin bir il əvvəl Çində restoranlardan birində hallüsinasiya yaradan göbələk sınaması, onu çox bəyənməsi, bir ton gətirməsi və indi hər gün yeməsi ilə bağlı açıqlamasına münasibət bildirib.
“Əlbəttə, mən kaluqalı oliqarxı məhkəməyə verəcəyəm və sözün hüquqi mənasında kaluqalı oliqarxa bir ton hallüsinasiya yaradan göbələk yedirdəcəyəm. Kobud ifadələrimə görə üzr istəyirəm, amma axı hər şeyin bir həddi və sərhədi var”, - deyə Paşinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az