Paşinyan “Kaluqalı oliqarx” ifadəsindən danışıb: “Samvel Karapetyanın maraq mərkəzi Ermənistanın xaricindədir”

2026/05/1778149568.jpg
Oxunub: 394     14:21     07 May 2026    
“Sizin qeyd etdiyiniz şəxs “Taşir”də hökumətin etdiyi investisiyaların hətta 10 faizini belə həyata keçirə bilməzdi və həyata keçirməyib, çünki heç kim hökumət səviyyəsində uyğun investisiyalar edə bilməz”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasından sonra jurnalistlərlə keçirdiyi brifinq zamanı bildirib.

O, Samvel Karapetyanı niyə “Kaluqalı oliqarx” adlandırması ilə bağlı suala cavab verib. Jurnalist sual verib ki, Ermənistanda o, “Taşirin Samveli” kimi tanınır və bu ifadənin işlədilməsi onun obrazına rusiyalı görüntüsü vermək məqsədi daşıyırmı?

“Ermənistanda elə şəxslər var ki, müəyyən əraziləri özləri ilə əlaqələndirməyə çalışırlar. Həmin şəxslər nə qədər investisiya qoyublarsa, ondan 10 dəfə artıq oğurlayıblar, o cümlədən elektrik enerjisi üzrə saxta əlavələr ediblər”, - deyə Paşinyan bildirib.

Bu kontekstdə Paşinyan xatırladıb ki, bu gün hökumətin iclası zamanı qanunsuz əmlakın müsadirəsi işi çərçivəsində malikanələrdən birinin dövlət mülkiyyətinə keçirildiyi elan olunub.

“Gördünüzmü, qanunsuz əmlakın müsadirəsi prosesi çərçivəsində kassasiya məhkəməsinin qərarı ilə artıq müharibə dövrünün üçbaşlı partiyalarından birinin üzvünün ailəsinə məxsus malikanə dövlət mülkiyyətinə keçib. Yaxın vaxtlarda ora ya yaşlılara qulluq mərkəzi, ya da başqa bir obyekt olacaq.

Mən ümumiyyətlə nəinki əleyhinəyəm, hətta imkan verməyəcəyəm ki, Ermənistanın hansısa bölgəsinin adı hər hansı şəxslə əlaqələndirilsin. Çünki həmin şəxslərin o ərazi ilə əlaqəsi yoxdur. O ərazilər onlar üçün mövcudluq, cinayət fəaliyyəti və feodal münasibətləri qurmaq məkanıdır. Azadlığın daxil olmadığı yerlərə həmin azadlıq daxil olacaq. Bütün əmlakları bir-bir əllərindən alacağıq”, - deyə o bildirib.

“Kaluqalı” ifadəsinə gəlincə isə, Paşinyanın sözlərinə görə, Samvel Karapetyanın bu cür adlandırılmasının səbəbi onun maraq mərkəzinin Ermənistanın xaricində olmasıdır.

Ermənistanın sabiq prezidenti Robert Köçəryana toxunan jurnalist hakim qüvvənin onu müxalifətin namizədi kimi təqdim etməsinin məqsədinin onu hədəfə çevirmək olub-olmadığını soruşub. Paşinyan cavabında bildirib ki, Samvel Karapetyan deputat və baş nazir namizədi ola bilməz.

“Saxta xəbərlərdən qurtarmamışıq, indi də saxta namizədlərin əlinə düşəcəyik? Bu adam hibrid saxta namizəddir. Necə ki, Ermənistanda hibrid xəbərlər yayırlar, indi də istifadə etmək üçün hibrid saxta namizəd gətiriblər”, - deyə o bildirib.

Paşinyan xatırladıb ki, parlament seçkilərindən sonra ilk iclas gününədək baş nazir təyin edilməlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin