Polşa və Ermənistan birgə hərbi təlimlər keçirəcək

2026/05/1778149525.jpg
Oxunub: 392     14:16     07 May 2026    
“Sabitlik, təhlükəsizlik və əməkdaşlıqda maraqlı olan ölkələr müzakirələr üçün tərəfdaşlarımızdır”.

Ordu.az xəbər verir ki, bunu Polşanın Baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosinyak-Kamış Ermənistanın müdafiə naziri Suren Papikyanla danışıqların nəticələrini paylaşaraq “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Buna görə də biz birgə təlimlərdə, hərbi akademiyalar arasında əməkdaşlıqda və Ermənistanla müdafiə sənayesi sahəsində təcrübə mübadiləsində maraqlıyıq. Bu gün mən bunu müdafiə naziri Suren Papikyanla müzakirə etdim. Səfərə görə təşəkkür edirəm”, - deyə o bildirib.

Kosinyak-Kamış vurğulayıb ki, müasir dünyada təhlükəsizlik yalnız hərbi güc üzərində deyil, həm də məsuliyyətli tərəfdaşlıq və regionun gələcəyi barədə strateji düşünən ölkələr arasında uzunmüddətli əməkdaşlıq şəbəkəsi üzərində qurulur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Ermənistan  


Bizi "telegram"da izləyin