Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün jurnalistlərlə söhbəti zamanı bildirib.
Onun sözlərinə görə, bu qərar seçkiqabağı təşviqat kampaniyasında iştirakı ilə əlaqədar qəbul olunub.
“Apreldə Rusiya Federasiyasına səfərim zamanı Rusiya Prezidenti ilə görüşdə ona xəbərdarlıq etmişdim ki, təşviqat kampaniyası səbəbindən mayın 9-u tədbirlərində iştirak edə bilməyəcəyəm”, - deyə o qeyd edib.
Xatırladaq ki, Rusiyada mayın 9-da ənənəvi olaraq SSRİ-nin İkinci Dünya müharibəsində qələbəsinə həsr olunan təntənəli tədbirlər keçiriləcək.
Qeyd edək ki, Ermənistan parlamentinə növbəti seçkilər 2026-cı il iyunun 7-nə təyin olunub və seçkiqabağı təşviqat kampaniyası mayın 8-dən iyunun 5-dək davam edəcək.
Alpər Mövludoğlu
Ordu.az