Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün jurnalistlərlə söhbəti zamanı bildirib.
O, bunu infrastrukturun texniki vəziyyəti ilə bağlı çoxsaylı qiymətləndirmələrin aparılmasının zəruriliyi ilə izah edib.
Paşinyan qeyd edib ki, vaxtaşırı texniki problemlər aşkarlanır.
“Bu infrastrukturla təxminən 40 il lazımi şəkildə məşğul olmamışıq. Ehtiyacları qiymətləndirməli və işə başlamalıyıq”, - deyə o əlavə edib.
Xatırladaq ki, mayın 5-də Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr Gümrü-Qars dəmir yolunun tikintisinin mümkün qədər tez başlanmasında maraqlı olduqlarını bəyan etmişdilər.
Alpər Mövludoğlu
Ordu.az