Latviya Prezidenti Ermənistan parlamentinin sədri ilə görüşüb

2026/05/1778145422.jpg
Oxunub: 380     13:14     07 May 2026    
Latviya Prezidenti Edqars Rinkeviçs bu gün Ermənistan parlamentini ziyarət edib və parlament sədri Alen Simonyanla görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamenti məlumat yayıb.

Məlumata görə, tərəflərin müzakirələrinin mərkəzində həm ikitərəfli münasibətlər, həm də Ermənistan-Avropa İttifaqı gündəliyi və Ermənistanda həyata keçirilən demokratik islahatlarla bağlı məsələlər yer alıb.

“Görüş zamanı regional inkişaflar və qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub. Latviya Prezidenti Ermənistan parlamentinin sədrinin müşayiəti ilə parlamentin davam edən növbəti iclaslarının işini də izləyib”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Latviya   Ermənistan  


Bizi "telegram"da izləyin