Mayın 6-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “İrəvan Dialoqu” forumunda iştirak edən Beynəlxalq Cinayət Məhkəməsinin Prezidenti Tomoko Akane ilə görüş keçirib.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Görüş zamanı Ermənistan və Beynəlxalq Cinayət Məhkəməsi arasında qarşılıqlı əməkdaşlıq, beynəlxalq hüquq normalarına riayət olunması və qanunun aliliyinin təmin edilməsinə yönəlmiş beynəlxalq səylərdə iştirak məsələləri ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Mirzoyan
Ermənistan
BCM