Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Respublika”nın siyahısında Kürdüstanın “izi”: Roman Muradyan kimdir?” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, həmin günlərdə erməni biznesmen Roman Muradyan öz “Facebook” səhifəsində Neçirvan Bərzani ilə çəkilmiş fotosunu paylaşmışdı ki, bu da onun prezidentin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində olduğunu göstərir.
“Deyilənə görə, Muradyanın İraqda, o cümlədən İraq Kürdüstanında kifayət qədər böyük biznes əlaqələri var və onun Vahaqn Xaçaturyanın rəsmi səfərinin təşkilində rolu az olmayıb.
Lakin əgər həmin foto yenidən “aktivləşməsəydi”, bu hekayə bu gün bəlkə də unudulmuş olardı. Bu günlərdə Neçirvan Bərzani ilə olan şəkil internetdə yenidən “hit”ə çevrilib”, - deyə nəşr bildirib.
Seçkiöncəsi mərhələ olduğundan və hazırda çox şey bu prizma ilə qiymətləndirildiyindən nəşr anlamağa çalışıb ki, Roman Muradyan seçki prosesində hər hansı formada iştirak edirm?
“Məlum oldu ki, bəli. O, “Respublika” partiyasının seçki siyahısındadır və kifayət qədər yüksək yerdə qərarlaşıb.
Maraqlıdır ki, açıq şəkildə Qərbyönlü və anti-Rusiya mövqeyi ilə seçilən siyasi qüvvənin siyahısında təkcə İraq Kürdüstanı ilə sıx əlaqələri olan deyil, həm də bunu Bərzani ilə fotosu vasitəsilə açıq şəkildə nümayiş etdirən biznesmen yer alıb.
Məsələ ondadır ki, Neçirvan Bərzani, yumşaq desək, Rusiya ilə konstruktiv və praktiki münasibətlərə tamamilə qarşı deyil. Üstəlik, o, Moskva ilə əməkdaşlığı iqtisadi zərurət və Bağdadla münasibətlərdə əlavə rıçaq kimi qiymətləndirir. Yəni o, Kürdüstanın böyük güclərin qarşıdurma meydanına çevrilməməsi üçün balanslaşdırılmış siyasətin tərəfdarıdır”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az