PUA hücumları səbəbindən Rusiyadan İrəvana həyata keçirilən beş reys təxirə salınıb

2026/05/1778140788.jpg
Oxunub: 393     11:50     07 May 2026    
Rusiyadan Ermənistana həyata keçirilən beş aviareysin gəlişi gecikir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Zvartnots” Beynəlxalq Hava Limanının onlayn uçuş cədvəlində məlumat yerləşdirilib.

Moskvadan həyata keçirilən iki reys (“FlyOne” və “Azimut” aviaşirkətləri), həmçinin Soçidən olan üç reys (“Azimut”, S7 “Airlines” və “Aeroflot”) gecikmə ilə İrəvana çatacaq.

Bundan əvvəl Moskvanın (“Vnukovo” və “Şeremetyevo”), Sankt-Peterburqun (“Pulkovo”), eləcə də Rusiyanın digər şəhərlərinin hava limanlarından həyata keçirilən uçuşlarda kütləvi gecikmələr barədə məlumat yayılmışdı.

Buna səbəb pilotsuz uçuş aparatlarının hücumları və uçuşlara tətbiq edilən müvəqqəti məhdudiyyətlərdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PUA   Rusiya   İrəvan  


Bizi "telegram"da izləyin