Azərbaycan hərbçiləri "EFES-2026"da dağçılıq hazırlığı üzrə məşqlər keçiblər - VİDEO+FOTOLAR

2026/05/08c9f-8890698225.jpg
Oxunub: 379     11:18     07 May 2026    
Türkiyədə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə keçirilən "EFES-2026" çoxmillətli birgə müştərək təlimi davam edir.

Bu barədə Ordu.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.


Bildirilib ki, təlimin növbəti mərhələsinin planına uyğun olaraq Azərbaycan, Türkiyə, Albaniya, Niger, Nigeriya və Rumıniya nümayəndələri mağara, sığınacaq və tunellərdə axtarış, eləcə də dağçılıq hazırlığı üzrə məşqlər keçiblər.


Azərbaycan hərbçiləri real döyüş şəraitinə uyğunlaşdırılmış təlimdə tapşırıqların icrası zamanı yüksək təcrübə nümayiş etdiriblər.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   EFES-2026   Təlim  


Bizi "telegram"da izləyin