Beynəlxalq Cinayət Məhkəməsinin Prezidenti ilk dəfə Ermənistana səfər edib

2026/05/1778137813.jpg
Oxunub: 338     11:07     07 May 2026    
Beynəlxalq Cinayət Məhkəməsinin Prezidenti Tomoko Akane ilk dəfə Ermənistana səfər edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, mayın 5-də onu Ermənistanın Baş prokuroru Anna Vardapetyan qəbul edib.

Qeyd edilib ki, görüşdə Ermənistanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Viktor Biyaqov, Beynəlxalq Cinayət Məhkəməsi Aparatının rəhbəri Hirad Abtahi və digər şəxslər də iştirak ediblər.

Ermənistan KİV-ləri xatırladır ki, Ermənistan 2024-cü il fevralın 1-dən etibarən Roma Statutuna qoşulan 124-cü iştirakçı dövlət və Şərqi Avropa qrupundan 19-cu dövlət olaraq Beynəlxalq Cinayət Məhkəməsinin üzvünə çevrilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BCM   Ermənistan  


Bizi "telegram"da izləyin