Ermənistan DİN ilə Aİ-nin sərhəd və sahil mühafizəsi agentliyi arasında işçi razılaşmasının ilkin imzalanması baş tutub

2026/05/1778137340.jpg
Oxunub: 356     10:54     07 May 2026    
Ermənistan-Avropa İttifaqı sammitinin yekunlarına əsasən sərhəd idarəçiliyi sahəsində operativ əməkdaşlıq haqqında Ermənistan Daxili İşlər Nazirliyi ilə Avropa İttifaqının sərhəd və sahil mühafizəsi agentliyi arasında işçi razılaşmasının ilkin imzalanması baş tutub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, sənədi Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan və Avropa sərhəd və sahil mühafizəsi agentliyinin icraçı direktoru Hans Leytens imzalayıblar.

“FRONTEX ilə işçi razılaşmasının imzalanması Ermənistana miqrasiya və sərhəd çağırışlarına daha effektiv cavab verməyə imkan yaradacaq”, - deyə Ermənistan DİN-in məlumatında bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin