“Past”: Hansı erməni əsilli xadim Rusiya Prezidenti yanında komissiyanın üzvü olub?

2026/05/1778135098.jpg
Oxunub: 324     10:23     07 May 2026    
Rusiya Federasiyası Prezidenti yanında dövlət milli siyasətinin regional aspektləri və ictimai institutların inkişafı komissiyasının tərkibində dəyişikliklər edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrin məlumatına görə, Artem Vardanyan komissiyanın üzvü seçilib.

“O, Rusiya Federasiyası Dövlət Dumasının millətlər məsələləri komitəsinin ekspert şurasının üzvü, “Rusiya Erməniləri İttifaqı” ümumrusiya ictimai təşkilatının idarə heyətinin üzvü, həmçinin Moskva və regionlarda “Rusiya Erməniləri İttifaqı” prezidentinin səlahiyyətli nümayəndəsidir.

Qeyd edək ki, həmin komissiyanın üzvü olmaq üçün kifayət qədər ciddi meyarlar mövcuddur. Bunlara şəxsin öz icmasındakı nüfuzu, ekspert bilikləri, praktiki təcrübəsi və digər göstəricilər daxildir”, - deyə müəllif bildirib.

“Past” qeyd edib ki, komissiyanın özü isə Rusiya Federasiyasının müxtəlif bölgələrində millətlərarası münasibətlərin vəziyyətini izləyir və mümkün gərginlik ocaqlarını təhlil edir.

“O, milli-mədəni muxtariyyətlər, dini təşkilatlar və QHT-lərlə əməkdaşlıq edir, hakimiyyət orqanları üçün mədəniyyətlərarası tədbirlərlə bağlı metodiki yardım hazırlayır, münaqişələrin qarşısını almaq məqsədilə xarici vətəndaşların sosial və mədəni inteqrasiyası məsələlərini araşdırır, həmçinin yeni qanunlar və ya Rusiya Prezidentinin fərmanları üçün əsas ola biləcək hesabatlar hazırlayır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin