“Hraparak”: “Vətəndaş Müqaviləsi” sıralarında dərin qeyri-müəyyənlik var, Paşinyanın vədinə inanmırlar

2026/05/1778135010.jpg
Oxunub: 426     10:20     07 May 2026    
“Vətəndaş Müqaviləsi” partiyasının sıralarında dərin qeyri-müəyyənlik hökm sürür”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, siyahının ilk 50-liyinə daxil edilməyənlər kənara sıxışdırıldıqlarını gizlətmir və təbliğatla məşğul olmaq üçün özlərini “parçalamağa” hazır olmadıqlarını bildirirlər.

Nəşr qeyd edib ki, Paşinyan rəsmi seçki kampaniyası dövründə siyahının ilk 50-liyində yer alan şəxslərlə birlikdə bölgələrə getməyə qərar verib.

“Yalnız boşluqlar yaranarsa, siyahıdakı növbəti şəxslər kampaniyaya qoşulacaqlar. 50-ci yerdən sonra siyahıya daxil edilənlərin əsas problemi isə gələcək iş yerlərinin və yaxınlarının yerləşdirilməsi məsələsi olub.

Paşinyan idarə heyətinin üzvləri vasitəsilə qələbə qazanacaqları təqdirdə heç kimin işsiz qalmayacağını, lakin seçkilərdə hamının “can qoymalı” olduğunu çatdırsa da, partiya üzvləri qələbəyə əmin deyillər və “yalan danışmağın böyük ustası” Paşinyanın vədlərinə inanmırlar”, - deyə müəllif vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin