Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Təhlükəsizlik vakuumu: Rusiyasız Ermənistanı nə gözləyir?” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, bir neçə gün əvvəl İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammiti və onun çərçivəsində səsləndirilən bəyanatlar Ermənistanın üzərindəki ən böyük təhlükəni daha aydın göstərib: Ermənistanın artıq heç bir təhlükəsizlik təminatçısı yoxdur.
“Ermənistanda keçirilən forumların və Qərb liderlərinin “voyajları”nın yeganə real məqsədini heç kim gizlətmir, bu, Rusiyanı tamamilə buradan sıxışdırıb çıxarmaqdır. Qərb öz vəzifəsini ardıcıl şəkildə yerinə yetirir, eyni zamanda Paşinyanı da “əzizləyir”, çünki o da ona verilmiş tapşırığı eyni ardıcıllıqla icra edir. Bəs bunun nəticəsində Ermənistanı və erməni xalqını nə gözləyir?
Bir çox politoloqlar açıq şəkildə bildirirlər ki, əgər regionumuzda sərt hərbi güc kimi Rusiya olmasa, sadəcə Ermənistan udulacaq. Hesablama isə sadədir: köhnə müttəfiq buradan “qovulur”, yeni müttəfiq isə əslində mövcud deyil. Avropa və ümumilikdə kollektiv Qərb Ermənistanı qorumaq üçün ora qoşun göndərməyəcək”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az