“Qərbpərəst xətt üzrə irəliləyən Ermənistan müstəqilliyini itirmək riski ilə üzləşir” - Bezpalko

2026/04/1775489688.jpg
Oxunub: 402     09:24     07 May 2026    
“Ermənistanın Baş naziri Nikol Paşinyan və onun tərəfdarları ölkəni qərbpərəst xəttə yönəltməyə çalışaraq onun müstəqilliyini təhlükə altına atırlar”.

Ordu.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü, politoloq Boqdan Bezpalko bildirib.

“Bütün bu sammitlər yalnız Ermənistanı Rusiyadan qoparmaq məqsədi ilə keçirilir. İndi bunun gələcəkdə Ermənistan üçün nəyə gətirib çıxaracağını demək çətindir, lakin əgər ölkə KTMT-dən və AİB-dən çıxsa, yaxud hər hansı Avropa ittifaqlarına, təşkilatlarına, layihələrinə daxil olmağa cəhd etsə, şübhəsiz ki, ÜDM-in bir hissəsini və suverenliyin bir hissəsini itirəcək”, - deyə Bezpalko bildirib.

Onun sözlərinə görə, Paşinyanın tərəfdarları öz dövlətlərini qərbpərəst xəttə yenidən yönəltmək üçün iqtisadi itkilərə və suverenliyin itirilməsinə getməyə hazırdırlar.

“Lakin İrəvanı böyük iqtisadi itkilər gözləyir. Avropada heç kim erməni məhsullarını gözləmir, Fransa və Almaniyada isə spirtli içkilərin, mineral suyun və meyvələrin öz istehsalçıları var.

Əgər Ermənistan rəhbərliyi düşünürsə ki, siyasi baxımdan Qərbə doğru hərəkət edəcək, iqtisadi baxımdan isə Rusiya ilə əməkdaşlıq edəcək, onda yanılır”, - deyə Bezpalko qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bezpalko   Ermənistan  


Bizi "telegram"da izləyin