MKE ilə MİRAS arasında zirehli vasitələrin modernizasiyasına dair anlaşma memorandumu imzalanıb

2026/05/1778097800.jpg
Oxunub: 660     23:54     06 May 2026    
“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti ilə Azərbaycan Müdafiə Nazirliyinə bağlı MİRAS Müdafiə Sənayesi Şirkəti arasında zirehli vasitələrin modernizasiyasına dair anlaşma memorandumu imzalanıb.

Ordu.az xəbər verir ki, SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi çərçivəsində memorandum MKE baş direktoru İlhami Keleş və MİRAS baş direktoru Xanbaba Sultanlı tərəfindən imzalanıb.

BMP-1 modernizasiyası və TOLGA inteqrasiyası

Burada çıxış edən Keleş müqavilənin hər iki tərəf üçün xeyirli olmasını arzulayaraq bildirib:

“Azərbaycan “bir millət iki dövlət” şüarı ilə yanaşdığımız və birlikdə çalışdığımız ölkədir. Azərbaycanda “Makine Kimya Azərbaycan”ı qurduq. Hazırda Azərbaycan müdafiə sənayesi üçün orada patron zavodu inşa edirik. İndi isə MİRAS ilə həyata keçirəcəyimiz bu müqavilə çərçivəsində BMP-1-lərin həm modernizasiyası, həm də TOLGA qüllələrinin BMP-1 üzərinə inteqrasiyası ilə bağlı birgə istehsal həyata keçirməyi hədəfləyirik. Bu imza da inşallah bunu təmin edəcək”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKE   MİRAS  


Bizi "telegram"da izləyin