Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Məlumata görə, həmsöhbətlər Ermənistan ilə Latviya arasında inkişaf edən siyasi dialoqla yanaşı, iqtisadi və digər sahələrdə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
“Avropa Siyasi Birliyi və Ermənistan-Avropa İttifaqı sammitlərinin nəticələri üzrə əldə olunmuş razılaşmalara, Ermənistan-Avropa İttifaqı gündəliyinin daha da irəli aparılması istiqamətində görülən işlərə toxunulub. Çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri də müzakirə olunub. Xarici işlər nazirləri regional inkişaflarla bağlı da fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az