Martin Çunqonq "Azərkosmos"un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub

2026/05/Ekran-1778087178.jpg
Oxunub: 394     20:57     06 May 2026    
Azərbaycanda səfərdə olan Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq Şamaxı rayonuna səfər edib.

Bu barədə Ordu.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə qonaq "Azərkosmos"un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub. Qonağa ölkədə kosmik sahənin qurulması və inkişafı, Azərbaycanın kosmik imkanları barədə məlumat verilib.

Sonra Şamaxı rayonuna gələn Baş katib Martin Çunqonq rayonun görməli yerləri ilə tanış olub. Şamaxı Cümə Məscidində qonağa bu qədim abidənin tarixi, onun memarlıq və arxeoloji baxımından əhəmiyyəti barədə məlumat verilib.

Səfər çərçivəsində qonaq Şamaxı şəhərində yerləşən və Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış Yaradıcılıq Mərkəzində də olub. PAİ-nin Baş katibi Martin Çunqonqa mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çunqonq   Azərkosmos  


Bizi "telegram"da izləyin