Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, tərəflər əməkdaşlığın mövcud səviyyəsindən məmnunluqlarını ifadə edərək bildiriblər ki, bu əməkdaşlıq iki ölkənin Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı il üzrə ikitərəfli plana uyğun olaraq səmərəli şəkildə həyata keçirilir.
“Gələcək əməkdaşlığın prioritet istiqamətləri kimi hərbi təhsil, təcrübə mübadiləsi və birgə təlimlərdə iştirak müəyyən edilib. Cari ilin fevral ayında imzalanmış hərbi-texniki əməkdaşlıq haqqında razılaşma çərçivəsində əməkdaşlığın həyata keçirilməsinin vacibliyi də müzakirə olunub. Nazirlər müzakirələrin İrəvanda davam etdirilməsi barədə razılığa gəliblər. Suren Papikyan Vladislav Koşinyak-Kamışı Ermənistana səfərə dəvət edib.
Həmçinin yaxın vaxtlarda Ermənistanın Varşavadakı səfirliyində müdafiə məsələləri üzrə attaşe ofisinin açılması barədə razılıq əldə olunub. Həmsöhbətlər regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. Görüşdə Ermənistanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Arzumanyan da iştirak edib”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az