Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan bu gün ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Sonata Koulterin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Ordu.az xəbər verir ki, bu barədə erməni nazirin “Facebook” səhifəsində paylaşım edilib.
“Qonaqları salamladım və ABŞ hökuməti ilə mövcud olan zəngin iş gündəliyini yüksək qiymətləndirdim, ikitərəfli əməkdaşlığın davamlı inkişafının vacibliyini və birgə layihələrin həyata keçirilməsi istiqamətində hazırlığımızı vurğuladım. Görüş zamanı TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi ilə bağlı bir sıra məsələləri müzakirə etdik”, - deyə Xudatyan yazıb.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
ABŞ
TRIPP