Ordu.az xəbər verir ki, bunu 2026-cı il mayın 6-da “İrəvan Dialoqu-2026” beynəlxalq forumunda Ermənistan xarici işlər nazirinin müavini Robert Abisoğomonyan bildirib.
“O zaman inkişaf baş verir ki, sülh təmin olunur. Cənubi Qafqazdakı vəziyyət açıq şəkildə göstərir ki, burada nəqliyyat infrastrukturunun inkişafından və regional nəqliyyat şəbəkəsinin blokadadan çıxarılması ilə bağlı razılaşmaların icrasından başlayaraq TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi çərçivəsində yeni logistika marşrutlarının yaradılmasına qədər böyük inkişaf potensialı mövcuddur. Əksinə, inkişaf regionda sülhün möhkəmləndirilməsinə də töhfə verəcək”, - deyə o bildirib.
Abisoğomonyanın sözlərinə görə, nəqliyyat infrastrukturu həm Ermənistanın, həm də Azərbaycanın maraqlarının kəsişdiyi nöqtədir.
“Bu, sülhü təmin edir və inkişaf, gələcək institusionallaşma və sülhün möhkəmləndirilməsi üçün ilkin şərtə çevriləcək. Müstəqilliyimizin son 30 ili ərzində cəmiyyətimiz bu sülhü görməyib. Biz sülh şəraitində yaşamağın nə demək olduğunu bilmirik və bunu öyrənməliyik”, - deyə Ermənistan xarici işlər nazirinin müavini sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az