Bu barədə
Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Milli Müdafiə Universitetinin təşəbbüsü ilə təşkil olunan konfrans ölkənin xüsusi təyinatlı ali təhsil müəssisələri, güc strukturları və elmi təşkilatlarının geniş nümayəndə heyətlərini bir araya gətirib.
Açılış nitqi ilə çıxış edən Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ordusunun və milli hərbi təhsil sisteminin formalaşmasında misilsiz qurucu rolundan bəhs edib. Qeyd olunub ki, 1993-cü ildən etibarən həyata keçirilən ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusu müasir, peşəkar və güclü orduya çevrilib.
Çıxışda vurğulanıb ki, bu siyasi kurs hazırda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Son 20 ildə aparılan islahatlar nəticəsində Azərbaycan Ordusu müasir silah və texnika ilə təchiz olunaraq regionun ən güclü hərbi qüvvələrindən birinə çevrilib və 2020-ci ildə Vətən müharibəsində tarixi Zəfər qazanıb.
Ordu.az