Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının yaydığı məlumatda bildirilib.
Məlumata görə, tərəflər Vaşinqton razılaşmalarını məmnunluqla vurğulayıb və həmin çərçivədə həyata keçirilən əməkdaşlığın nəzərəçarpan nəticələrini qeyd ediblər.
“Görüş zamanı həmçinin “Beynəlxalq sülh və rifah naminə Trampın yolu” (TRIPP) (Zəngəzur dəhlizi-red.) layihəsinin həyata keçirilməsi çərçivəsində görülən işlər və onların gələcək gedişatı müzakirə olunub. Həmsöhbətlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az