Hindistan XİN: Yaxın Şərqdə müharibə başlayandan sonra İran ərazisindən Ermənistan vasitəsilə 2600-dən çox hindistanlı çıxarılıb

2026/05/1778075906.jpg
Oxunub: 313     17:54     06 May 2026    
“Yaxın Şərqdə müharibə başlayandan sonra Hindistan tərəfdaşlarla, xüsusilə İran və Ermənistanla sıx əməkdaşlıq edərək İranda qalan hindistanlıların təhlükəsiz şəkildə çıxarılmasını təmin edib”.

Ordu.az xəbər verir ki, bu barədə mayın 6-da “İrəvan Dialoqu-2026” beynəlxalq forumu zamanı Hindistan Xarici İşlər Nazirliyinin konsulluq, pasport-viza və xarici işlər üzrə katibi Şripriya Ranganatan bildirib.

“Müharibə zamanı İranda 2600-dən çox hindistanlı bloklanmış vəziyyətdə qalmışdı. Biz onların Ermənistan vasitəsilə təhlükəsiz şəkildə çıxarılmasını təmin edə bildik”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   XİN  


Bizi "telegram"da izləyin