Ordu.az xəbər verir ki, bu barədə mayın 6-da parlamentin iclasında, Ermənistan Baş Prokurorluğunun 2025-ci il fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı qurumun rəhbəri Anna Vardapetyan “Hayastan” blokunun parlament fraksiyasının rəhbəri Seyran Ohanyanın sualını cavablandırarkən bildirib.
Erməni müxalifətçi deputat xüsusilə maraqlanıb ki, məhkəmə-hüquq sistemi nümayəndələri 44 günlük müharibənin hallarını araşdıran parlament istintaq komissiyasının dindirilmələrində iştirak ediblərmi, həmçinin açılmış cinayət işlərindən neçəsi orduya, neçəsi isə digər dövlət qurumlarına aiddir?
Ohanyanın fikrincə, parlamentin istintaq komissiyasının fəaliyyəti vasitəsilə digər məsələlərlə yanaşı, müharibədəki məğlubiyyətin məsuliyyətini başqalarının, xüsusilə hərbçilərin üzərinə qoymağa çalışırlar. Halbuki erməni müxalifətçi siyasətçi hesab edir ki, məsuliyyət bütün dövlət sisteminin üzərindədir.
Cavab olaraq Vardapetyan xatırladıb ki, 44 günlük müharibədəki məğlubiyyətlə bağlı işlərdən biri üzrə birinci instansiya məhkəməsi artıq yekun qərar qəbul edərək təxminən 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
“Bu və ya digər siyasi qiymətləndirmələri səsləndirmək bizim funksiyalarımıza aid deyil”, - deyə Vardapetyan vurğulayıb.
Seyran Ohanyan buna etiraz edərək bildirib: “Mən siyasi qiymətləndirmə istəmirdim. Suallarım tamamilə konkret idi. Sizin fəaliyyətiniz nəticəsində məlum oldumu ki, digər sistemlərlə bağlı açılmış işlər var, yoxsa belə işlər ümumiyyətlə yoxdur?”.
Alpər Mövludoğlu
Ordu.az