Ceyhun Bayramov Mövlud Çavuşoğlunun hücuma məruz qalan qardaşına şəfa diləyib

2026/04/1776576126.jpg
Oxunub: 303     16:58     06 May 2026    
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin sabiq xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğluya qardaşına edilən hücumla bağlı zəng edib.

Ordu.az xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.

"Əziz qardaşım və dostum Mövlud Çavuşoğlu ilə telefon danışığımız zamanı Mövlud bəyin qardaşı Aydın Çavuşoğlunun ağır xəsarət alması xəbərini kədər və narahatlıqla qarşıladığımızı diqqətə çatdırdım. Vəziyyətinin sabit olduğu bildirilən Aydın Çavuşoğluya şəfa diləyirəm. Bu çətin məqamda Çavuşoğlu ailəsinə həmrəyliyimizi ifadə edirik. Allah yar və yardımçınız olsun!", - deyə o qeyd edib.

Xatırladaq ki, Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğluya silahlı hücum olub. İş adamı Aydın Çavuşoğlu dünən axşam saatlarında ofisində güllələnib. Məlumata görə, o, əməliyyat olunub, reanimasiyadadır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ceyhun-Bayramov   Mövlud-Çavuşoğlu  


Bizi "telegram"da izləyin