Yaşar Gülər: "Azərbaycan ildən-ilə daha keyfiyyətli hərbi məhsullar istehsal edir"

2026/03/1772878911.jpg
Oxunub: 296     16:44     06 May 2026    
Azərbaycan ildən-ilə daha keyfiyyətli hərbi məhsullar istehsal edir.

Ordu.az xəbər verir ki, bunu "SAHA 2026" müdafiə sənayesi sərgisində Azərbaycan stendini ziyarət edən Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

Y.Gülər Azərbaycanın hərbi məhsulları ilə tanış olub, Azərbaycan nümayəndə heyəti ilə görüş keçirib.

Türkiyəli nazir jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan "SAHA" sərgisinə ildən-ilə daha keyfiyyətli və üstün məhsullarla qatılır:

"Bu bizi çox sevindirir. Azərbaycanın növbəti sərgilərə də daha təkmilləşdirilmiş məhsullarla qatılmağından çox məmnun olacağıq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaşar-Gülər  


Bizi "telegram"da izləyin