Ordu.az xəbər verir ki, bu barədə “Stratfor” analitik mərkəzi yazıb.
Mərkəz qeyd edib ki, bununla yanaşı, yaxın perspektivdə əsas faydanın daha çox ticarət müqavilələri, emal güclərinin inteqrasiyası və siyasi koordinasiya ilə bağlı olacağı ehtimal edilir.
“Eyni zamanda Azərbaycan qazının həcmlərində ciddi artımın baş verməsi az ehtimal olunur. Əgər pozuntular davam edərsə, İtaliya və digər Avropa ölkələri Rusiya qazına alternativlər və mayeləşdirilmiş təbii qaz təchizatı üçün açıq marşrutlar tapmaq məqsədilə Bakı ilə diplomatik təmasları gücləndirəcəklər.
Azərbaycan qazı və nefti İtaliyanın idxalının müvafiq olaraq təxminən 16% və 17%-ni təşkil edir və Rusiya ilə Ukrayna arasında müharibənin başlanmasından etibarən mühüm rol oynayır”, - deyə məqalədə qeyd edilib.
Müəllif bildirib ki, Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqına qaz ixracını iki dəfə artıraraq 20 milyard kubmetrə çatdırmağı öhdəsinə götürüb.
“Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən 2025-ci ildə İtaliyanın “Italiana Petroli” şirkətinin alınması Azərbaycanın İtaliyanın emal, pərakəndə satış və yanacaq paylanması bazarındakı mövqelərini gücləndirəcək”, - deyə mərkəz qeyd edib.
Mərkəz həmçinin xatırladıb ki, İtaliyanın Baş naziri Ciorcia Meloni Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb və 2026-cı il mayın 4-də İtaliyanın Azərbaycan ilə energetika, müdafiə, təhlükəsizlik, nəqliyyat, logistika, investisiya və siyasi dialoq sahələrində əməkdaşlığı dərinləşdirəcəyini bəyan edib.
Alpər Mövludoğlu
Ordu.az