Ordu.az Musavat.com-a istinadən xəbər verir ki, uzun illərdir ailələrinin yolunu gözlədiyi şəxslərin meyit qalıqları aparılan ekspertiza və identifikasiya proseslərindən sonra təsdiqlənib.
Söhbət rayonun İşıqlı kənd sakinləri – Sadıqov Zaur İmamqulu oğlu və Həziyev Ələddin Həzi oğlu, eləcə də Aşağı Əbdürrəhmanlı kəndindən olan Cəfərov Rafiq Şakir oğlundan gedir.
Məlumata görə, 1973-cü il təvəllüdlü Zaur Sadıqov 1993-cü il iyulun 22-də, həmkəndlisi Ələddin Həziyev isə həmin ilin iyulun 2-də itkin düşmüşdü. Rafiq Cəfərov isə 1993-cü il avqustun 23-dən itkin kimi qeydə alınmışdı.
Kimliyi müəyyən edilən hər üç şəxsin nəşinin qalıqları mayın 15-də doğmalarına təhvil verilərək torpağa tapşırılacaq.
Ordu.az