Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində jurnalistlərlə söhbəti zamanı parlamentin sədri Alen Simonyan müxalifətin səsləndirdiyi bəyanatlara ironik münasibət bildirərkən deyib.
“Aydındır ki, hətta ətrafında mistika yaradılmış “güclü Ermənistan” fenomeni də sonradan işıqlar yananda göründü ki, hər şey o qədər də elə deyil. Samvel Karapetyanın ritorikasına gəlincə, mən ona məsləhət görürəm ki, o qədər pulun içində bir az erməni dili öyrənsin. Çünki hecalarla danışmaq və 50 hissəli montaj etmək... həm montaj edənə yazıqdır, həm də bizə yazıqdır ki, siyasi səbəblərə görə buna qulaq asmağa məcburuq. Qoy adam ayağa qalxsın, erməni dilini öyrənsin.
Ona nə deyiblərsə, eyni şeyi təkrarlayır. Elə uşaqlar var ki, onlara şeir öyrədirlər, amma nə dediyini başa düşmür, sadəcə təkrar edir. İndi mənim narahatlığım budur ki, ona bunu kənardan “şparqalka” ilə veriblər, o da eyni şeyi deyir”, - deyə Simonyan bildirib.
Ermənistan parlamentinin sədri bəyan edib ki, konkret narrativlər var və bunlar ictimai müstəviyə atılır, konkret şəxslər isə onları təkrarlamağa başlayırlar.
Alpər Mövludoğlu
Ordu.az