Komanda yoldaşının qeyri-münasib davranışı Ermənistan parlamentinin vitse-spikerini qəzəbləndirib

2025/12/1765887261.jpg
Oxunub: 323     12:41     06 May 2026    
Ermənistan parlamentinin vitse-spikeri, “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvü Ruben Rubinyan mayın 6-da keçirilən iclas zamanı öz komanda yoldaşlarından biri olan Cülyeta Ağazaryanın qeyri-münasib davranışına görə özündən çıxıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, Rubinyan əvvəlcə Ağazaryana irad bildirib, daha sonra isə bununla kifayətlənməyib.

“Cülyeta Ağazaryan, xahiş edirəm elə indi zalı tərk edin, telefonla danışığınızı zalın kənarında edin. İclası davamlı pozduğunuza görə sizə xəbərdarlıq edirəm”, - deyə Rubinyan həmkarına müraciət edərək qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rubinyan  


Bizi "telegram"da izləyin