Edqars Rinkeviçs Ermənistana səfər edəcək

2026/05/1778056419.jpg
Oxunub: 355     12:04     06 May 2026    
Latviya Prezidenti Edqars Rinkeviçs mayın 7-də Ermənistana rəsmi səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje "İrəvan dialoqu - 2026" adlı konfransda bildirib.

Onun sözlərinə görə, Latviya ilə Ermənistan arasında sıx münasibətlər qurulub.

"Sabah prezidentimiz (Edqars Rinkeviçs - red.) rəsmi səfərə gəlir. Bizi həmçinin fəal şəkildə inkişaf etdirdiyimiz bir sıra istiqamətlər (liderlər və siyasətçilər səviyyəsində əlaqələr, insanlar və iqtisadiyyatlar arasında bağlantı) birləşdirir. Xüsusilə, "airBaltic" aviaşirkəti iyun ayında birbaşa reysləri (İrəvana - red.) bərpa edəcək", - nazir qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rinkeviçs   Ermənistan  


Bizi "telegram"da izləyin