Aqil Qurbanov "SAHA 2026"da stendlərlə tanış olub, görüşlər keçirib - YENİLƏNİB

2026/05/48f84-1778129990.jpg
Oxunub: 1521     14:10     06 May 2026    
Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanov İstanbulda keçirilən "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində stendləri gəzib.

Ordu.az xəbər verir ki, o, sərgi pavilyonlarında nümayiş etdirilən müxtəlif stendlərlə tanış olub, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlərin məhsul və yeniliklərini nəzərdən keçirib.

Nazir müavini həmçinin sərgidə iştirak edən xarici şirkət nümayəndələri və rəsmi şəxslərlə də görüşlər keçirib.

Görüşlər zamanı müdafiə sənayesində əməkdaşlıq imkanları, texnoloji yeniliklər və gələcək layihələr barədə fikir mübadiləsi aparılıb.

***

Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində iştirak edir.

Ordu.az xəbər verir ki, Aqil Qurbanovun rəhbərlik etdiyi heyət Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Miras" şirkətində də görüşlər keçirəcək.

Bu görüşlərdə müdafiə sənayesi məhsullarının istehsalı, texnoloji inkişaf istiqamətləri və qarşılıqlı əməkdaşlıq perspektivləri diqqət mərkəzində olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aqil-Qurbanov   SAHA-2026  


Bizi "telegram"da izləyin