İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək

2026/05/1778052432.jpg
Oxunub: 355     11:14     06 May 2026    
İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casir Azərbaycana səfəri çərçivəsində Qarabağa gedəcək.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin mayın 6-da Məhəmməd Əl-Casirin başçılıq etdiyi nümayəndə heyətini qəbulu zamanı məlumat verilib.

Görüşdə qonaq Ələt Azad İqtisadi Zonası ilə tanış olacağını, həmçinin Qarabağa səfər edəcəyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İslam-İnkişaf-Bankı-Qrupu   Qarabağ  


Bizi "telegram"da izləyin