Ordu.az xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə jurnalistlərə deyib.
"İranla bağlı məsələdə xoşuma gəlməyən odur ki, onlar əvvəlcə mənimlə hörmətlə danışırlar, sonra isə televiziyaya çıxıb: "Biz Prezidentlə danışmamışıq", - deyə bəyan edirlər. Amma mən indicə onlarla danışdım. Onlar oyun oynayırlar", - Tramp deyib.
Onun sözlərinə görə, Tehran döyüş əməliyyatlarının dayandırılması üzrə Vaşinqtonla razılığın əldə olunmasında maraqlıdır.
"Bunu deyə bilərəm: İran razılaşma əldə etmək istəyir", - ABŞ Prezidenti vurğulayıb.
Ordu.az