Pakistan Yaxın Şərqdə münaqişənin dayandırılması ilə bağlı məsləhətləşmələr aparır

2026/05/1778001728.jpg
Oxunub: 374     21:20     05 May 2026    
Pakistan Yaxın Şərqdə münaqişənin dayandırılması istiqamətində danışıqların davam etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar bildirib.

Onun sözlərinə görə, İran və ABŞ arasında aparılan danışıqlarda “əhəmiyyətli irəliləyiş” əldə olunub.

“Biz münaqişənin dayandırılması istiqamətində məsləhətləşmələri davam etdiririk və bir neçə paytaxtın dəstəyi ilə buna nail olacağımıza ümid edirik. Məqsəd hər iki tərəf üçün qəbul edilə bilən həllə nail olmaqdır”, - deyə Dar qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin