Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının teleqram kanalında deyilir.
"Hesablamalara görə, Ukraynanın Müdafiə Qüvvələrinin bölmələri tərəfindən aprel ayı və 1 may tarixlərində endirdikləri kompleks zərbələr Tuapse liman infrastrukturuna və Tuapse neft emalı zavoduna 300 milyon dollardan çox ziyan vurub", - məlumatda deyilir.
Xəbər verildiyi kimi, Müdafiə Qüvvələri aprel ayı və 1 may tarixlərində Tuapse şəhərindəki liman və NEZ-ə dörd dəfə zərbə endirib.
Ordu.az