Azərbaycan və Ekvador diplomatik, rəsmi və xidməti pasport sahiblərini vizadan azad edir

2026/05/1777986908.jpg
Oxunub: 317     16:42     05 May 2026    
Azərbaycan və Ekvador qarşılıqlı olaraq diplomatik, rəsmi və xidməti pasport sahiblərini viza tələbindən azad edir.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan və Ekvador Hökumətləri arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb.

Qeyd edək ki, imzalanma Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun Ekvadora səfəri çərçivəsində baş tutub. Ekvador tərəfindən sənədi xarici işlər və insan mobilliyi nazirinin müavini Alexandro Davalos imzalayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ekvador  


Bizi "telegram"da izləyin