Ordu.az xəbər verir ki, bunu erməni hüquq elmləri doktoru, professor Gevorq Danielyan yazıb.
“Pafosu lağa qoyurduq, lakin düşüncəsiz coşqu və həyəcanla abstrakt şəkildə Avropa dəyərlərindən danışırıq, halbuki mərkəzdə quru anti-rusluq dayanır və onun acı meyvələrini biz dadırıq, ən əsası isə bunu bizim gələcək nəsil dadacaq. Bəs nə uğrunda? Əgər “sivil” Avropa üçün yenə anti-rusluq paketi ilə təqdim olunan erməni kilsəsinə qarşı təqiblər və eyni məntiq çərçivəsində siyasi təqiblər məqbul sayılırsa, onda erməni xalqı o qədər sadəlövh deyil ki, səbəbsiz şəkildə ruhlansın…”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az