Ordu.az xəbər verir ki, bunu sosial şəbəkə hesabında erməni siyasi xadim Artak Zakaryan yazıb.
“Gəlin riyaziyyat və statistikanın arxasınca qaçmayaq. Birinci, ikinci və üçüncü prezidentlərin dövründə Ermənistana Avropa İttifaqı və dünyanın bir çox digər ölkələrinin liderlərinin yüzlərlə rəsmi və işgüzar səfərlərini sadalamayaq.
Yalnız Frankofoniyaya baxaq. Serj Sarkisyanın prezidentliyi dövründə, 2017-ci ildə Frankofoniyanın 17-ci beynəlxalq sammitinin Ermənistanda keçirilməsi qərara alındı. Həmin qərar qəbul edilərkən Fransa prezidenti cənab Makron “Rusiya de-fakto peyki” olan ölkədə frankofon 57 liderin toplanmasına nəinki qarşı çıxmadı, hətta bu qərarı dəstəklədi və alqışladı.
Hörmətli cənab Makron, mən sizi başa düşürəm. Siz öz Nikolunuzu “məxməri inqilabın” fəlakətli nəticələrindən hər vasitə ilə təmiz çıxarmaq və onun hakimiyyətini yenidən bərpa etmək istəyirsiniz.
Amma xahiş edirəm, bunu erməni xalqının və Ermənistanın qalibiyyətli keçmişi hesabına etməyin. Mən əminəm ki, siz daha yaxşı bilirsiniz ki, 2020-ci ilə qədər dünyada ermənilərə daha çox hörmət edilir və qiymət verilirdi, ondan sonra verilmir”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az