Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Avropa inteqrasiyası məsələləri üzrə daimi komissiyasının keçmiş sədri Naira Zöhrabyan deyib.
“Ona görə də təəccüblənmək və başqalarını təəccübləndirmək ki, baxın, Ursula gəlib, Makron gəlib, Kanadanın baş naziri gəlib, Böyük Britaniyanın baş naziri gəlib, buna ehtiyac yoxdur, çünki bu sammitdir və harada keçirilsəydi, belə olacaqdı”, - deyə o qeyd edib.
Zöhrabyan sual verib ki, bəs niyə bu ən mühüm Avropa tədbiri üçün məhz Ermənistan seçilib?
“Bu, seçki mərhələsi ərəfəsində Nikol Paşinyana Avropa İttifaqının tam dəstəyidir, çünki 4 gün sonra seçki kampaniyası başlayır və təbii ki, biz bu gün və sabah çoxlu vədlər eşidəcəyik.
Mən hətta istisna etmirəm ki, hansısa sazişlər, memorandumlar imzalansın və bizə çox yaxın gələcəkdə – mənim məlumatıma görə, bu, 2028-ci ildə olacaq – Aİ-yə vizasız giriş vəd edilsin”, - deyə o vurğulayıb.
Lakin hətta bu halda belə, Zöhrabyan Ermənistanın Avropa perspektivinə şübhə ilə yanaşır.
“Vizasız rejim bizim vətəndaşlara nə verəcək ki, onlar orada, məsələn, işləmək hüququna malik olmayacaqlar və sadəcə 90 gün ərzində gedib-gəlmək imkanı ilə kifayətlənəcəklər? Gürcüstan da bu cür ruhlanmışdı, lakin gürcülər gedib başa düşdülər ki, orada işləyə bilmirlər, işləmək hüquqları yoxdur və s.”, - deyə o bildirib.
Zöhrabyan qeyd edib ki, Gürcüstanda bu vizasız rejimdən çox az adam istifadə edir, gedirlər, istirahət edirlər, geri qayıdırlar.
“Əgər biz sadəcə Aİ-nin bu regionda Rusiya ilə bağlı məsələlərini həll etməsi üçün “boks torbasıyıqsa”, onda mən heç bir rakursdan “boks torbası” olmaq istəmirəm, amma əgər Aİ bizim iqtisadiyyatımıza, kənd təsərrüfatımıza, bazarlarımıza alternativ təklif edəcəksə, yaxşı, amma mən əminəm ki, bu baş verməyəcək”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az