Ordu.az xəbər verir ki, bunu Ermənistanın ilk xarici işlər naziri Raffi Hovhannisyan deyib.
Onun sözlərinə görə, bütün bunlar təkcə statistika, yəni rəqəmlər, hesablamalar, sorğular deyil, həm də ruh, daxili proseslər, birləşmələr, öz müxalif tərəfdaşlarına qarşı səbrdir, bu, bəzən pozulur.
“Müxtəlif amillər var, həm emosional, həm sərt, həm də praktiki, işgüzar siyasi problemlər mövcuddur, bunlar həll olunsa, Ermənistan nəhayət seçilmiş legitim hakimiyyətə sahib olacaq”, - deyə Hovhannisyan qeyd edib.
Hovhannisyan bildirib ki, Ermənistana kollektiv məsuliyyət lazımdır.
“Xarizmatik rəhbərlərimiz, təcrübəli, istedadlı, müəyyən yol keçmiş şəxslər və sair var, amma bizdə fərdiyyətçilik kompleksi də var. Bu, ilk növbədə hazırkı hakimə aiddir, o isə deyir ki, guya yalnız mən varam, mən olmasam, nə Ermənistan var, nə sülh var, nə də dövlətçilik. Bu onu göstərir ki, bunu deyən adamın özü də dövlətçiliyin nə olduğunu başa düşmür. Bu o deməkdir ki, Ermənistan kimi dövlətçiliyimiz yoxdur”, - deyə erməni siyasətçi vurğulayıb.
Erməni müxalifətçinin fikrincə, hibrid təhdid yalnız hakimiyyətin göstərdiyi Rusiya deyil, həm də Avropa, ABŞ-dir.
“Onlar bizim daxili işlərimizə müdaxilə edirlər. Biz ermənilər olaraq anlamalıyıq ki, bu, taleyüklü, mövcudluq baxımından həlledici bir vəziyyətdir, fəlakətin astanasındayıq və biz dəyişiklik gətirməyi bacarmalıyıq. Bu vəziyyət artıq yalnız hər bir erməni insanın ocağına, ailəsinə, kəndinə, şəhərinə deyil, həm də Ermənistanın bütövlüyünə aiddir.
Bu hakimiyyətin təkrar hakimiyyətə gəlməsi sülhə yox, müharibəyə, ya da müharibəsiz Ermənistanın parçalanmasına aparacaq. Onların hakimiyyəti dövründə nə İrəvanımız, nə bölgələrimiz, nə İranla sərhədimiz, nə də Göyçə gölünün şərq sahili olacaq və hər bir erməni insan sadəcə zərbə altında qalacaq”, - deyə Hovhannisyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az