Erməni hərbi qulluqçunun anasından Paşinyana: “Uşaqlarımızı apardı, öldürdü, bizi məhrum etdi, o bizə məhəl qoymur”

2026/05/1777880792.jpg
Oxunub: 375     21:45     06 May 2026    
“Nikol Paşinyan hökumətin əvvəlki iclasından sonra jurnalistlərlə söhbətində bildirib ki, Azərbaycanla nə “Qarabağ, Bakı ermənilərinin qayıdışı”, nə də Ermənistana azərbaycanlıların qayıdışı məsələsi müzakirə olunur və heç vaxt da müzakirə olunmayıb, çünki hər iki tərəf üçün belə müzakirələr mövcud siyasi vəziyyətə təxribatçı təsir göstərir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Məhv edilmiş erməni hərbi qulluqçunun anası Eliza Bağdasaryan nəşrə açıqlamasında bildirib ki, Nikol Paşinyanın Qarabağ məsələsini dövlət səviyyəsində qaldıracağını heç vaxt düşünməyib.

“O adamda az da olsa, cüzi də olsa, erməni vicdanı qalıbsa, qoy addımlar atsın, heç olmasa oğullarımızın məzarlarını Ermənistana köçürsün ki, heç olmasa bizdə gül qoymağa, buxur yandırmağa bir yer olsun. Amma mən inanmıram ki, o belə bir şey edəcək, Paşinyan bu məsələyə sadəcə məhəl qoymur, qanunsuz şəkildə uşaqlarımızı apardı, öldürdü, bizi məhrum etdi, o bizə məhəl qoymur”, - deyə Eliza Bağdasaryan qeyd edib.

Xatırladaq ki, Qarabağdan könüllü şəkildə köç etmiş şəxslər bir neçə dəfə Ermənistan hökumətinin binasının qarşısında etiraz aksiyaları keçiriblər. Aksiya iştirakçılarının bir hissəsi 2023-cü il sentyabrın 25-də Xankəndidə baş verən partlayışdan sonra itkin düşənlərin yaxınları olub və onlar Nikol Paşinyandan görüş tələb ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyana  


Bizi "telegram"da izləyin