Rəsmi təsdiqləndi: Zelenski sabah Ermənistana gəlir

2026/04/1777557510.jpg
Oxunub: 338     15:34     02 May 2026    
Çexiyanın Baş naziri Andrey Babiş “iDnes.cz”yə müsahibəsində bildirib ki, bazar günü Ermənistanda Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Danışıqların mövzusu dəqiqləşdirilmir. Yalnız qeyd olunur ki, Babiş Çexiyanın hazırkı hökumət başçısı vəzifəsini tutduqdan sonra Zelenski ilə ilk dəfə şəxsən görüşəcək.

“Burada mən həmçinin Böyük Britaniyanın Baş naziri Starmer, Serbiyanın Baş naziri və Moldovanın Prezidenti ilə qısa ikitərəfli görüşlər keçirəcəyəm. İlk dəfə Ukrayna Prezidenti Zelenski ilə də danışıqlar aparacağam”, - deyə Babiş Ermənistanın qarşıdakı sammiti çərçivəsində nəzərdə tutulan görüşlər barədə bildirib.

“Bizim görüşməyimiz vacibdir”, - deyə Babiş Zelenski ilə görüş barədə danışarkən qeyd edib.

Eyni zamanda o deyib ki, Kiyevə getmək niyyətində deyil, lakin gələcəkdə Ukrayna Prezidenti ilə Polşada mövzusu ehtimal ki, Kiyevə yardım göstərilməsi olacaq konfrans zamanı görüşə bilər.

Mayın 3-də Çexiyanın Baş naziri enerji və iqtisadi təhlükəsizlik, cari geosiyasi vəziyyət və Avropada sabitliyin möhkəmləndirilməsi məsələlərinin müzakirə olunacağı Avropa Siyasi Birliyi sammitində iştirak etmək üçün Ermənistana səfər edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ermənistan  


Bizi "telegram"da izləyin