Makron Gümrüdə konsertdə iştirak edəcək

2026/05/1777721727.jpg
Oxunub: 316     15:26     02 May 2026    
Ermənistanın Şirak vilayət administrasiyasından bildirilib ki, mayın 5-də Gümrüdə keçiriləcək “Musiqi körpüsü. Ermənistan. Fransa” adlı konsertin təşkilati işləri, şəhərə gələcək yüksəkvəzifəli rəsmilər və çoxsaylı qonaqlarla əlaqədar şəhərdə hərəkət məhdudiyyətləri nəzərdə tutulur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

“Mayın 2-dən 5-dək qismən bağlı olacaq.

Qələbə prospektinin, Spandaryan küçəsinin kəsişməsindən Vardanants meydanına aparan hissədə yerləşən küçələr.

Mayın 5-də Vardanants meydanına aparan bütün girişlər, eləcə də Vardanants meydanına bitişik küçələr tamamilə bağlı olacaq”, - deyə məlumatda qeyd olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Gümrü  


Bizi "telegram"da izləyin